Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gənc DOST” proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar (FOTO)

“Gənc DOST” proqramına qoşulan könüllülər gələcəkdə  “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar (FOTO)

Tarix: 23 Aprel 2019 11:20

Bakı. Trend:

“DOST” mərkəzlərində gənclərin könüllü iştirakının təmin olunması bu mərkəzlərin fəaliyyətində mühüm yer tutacaq. “Gənc DOST” proqramına qoşularaq bu mərkəzlərdə öz dəstəyini göstərəcək könüllülər həm də “sosial agent”, “sosial işçi” kimi hazırlanacaq və açılan növbəti mərkəzlərdə işə qəbul olunacaqlar.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, “DOST mərkəzləri” əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli xidmətlər göstərəcək. Bu xidmətlərin vətəndaşlara əlçatanlığ təmin ediləcək. “DOST” mərkəzlərinə müraciət edəcək vətəndaşlar isə əsasən xüsusi qayğıya, köməyə ehtiyac duyan insanlar olacaqlar. “DOST” könüllüləri onları istiqamətləndirəcək, xidmətlər, prosedurlar, qaydalar və s. barədə məlumatlar verəcək, lazım gəldikdə ərizə və anketlərin yazılmasında yardım edəcəklər.

S.Babayev ali təhsil müəssisələrində “sosial işçi” ixtisasına yiyələnən gənclərdən də “DOST” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb edilənlərin olduğunu deyib. Bildirib ki, mərkəzlərdə könüllük fəaliyyəti ilə onlar həm də öz ixtisasları üzrə təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gənc DOST proqramına qoşulan könüllülər gələcəkdə DOST mərkəzlərinin əməkdaşları olacaqlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ