Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 08:20
Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 34 918 yoluxma halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin təqdim etdiyi rəsmi statistikada deyilir.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 923 189 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 1 282 nəfər vəfat edib. Koronavirusdan ölənlərin ümumi sayı 45 241 nəfər təşkil edir.
Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 441 729 nəfəri sağalıb.