Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 20:26
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirmişdir.
Bu barədə Sonxeber.net-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıtmışdır.
Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilmişdir.