Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada iritonlu iki yük maşını toqquşdu, ölən və yaralananlar var

Qubada iritonlu iki yük maşını toqquşdu, ölən və yaralananlar var

Tarix: 18 Iyun 2020 09:39

Bakı. Samir Əli - Trend:

Quba rayonunda iki yük maşını toqquşub.

Trend-in məlumatına görə, hadisə rayonun Susay kəndində baş verib. Aydəmirov Samir Nadir oğlu idarə etdiyi "Tatra" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən arxa tərəfdə dayanan İmanov Səxavət Məmmədağa oğlunun idarə etdiyi "Tatra" markalı yük avtomobilinə çırparaq aşırıb.

Hadisə nəticəsində S.Aydəmirov, digər sürücü S.İmanov, həmçinin sərnişin Məmmədov İlkin Sədi oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İ.Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Qubada iritonlu iki yük maşını toqquşdu ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ