Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 15:54
Bakı. Trend:
Bakıda əcnəbi vətəndaşı soyan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin