Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AzMİU-nun Memarlıq fakültəsinin tələbəsi Britaniya Memarlarının Kral İnstitutuna üzv olub

AzMİU-nun Memarlıq fakültəsinin tələbəsi Britaniya Memarlarının Kral İnstitutuna üzv olub

Tarix: 18 Iyun 2020 14:00

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbəsi Murad Mirzadə Britaniya Memarlarının Kral İnstitutuna (RİBA) tələbə üzv seçilib.Qurum bununla əlaqədar AzMİU tələbəsinə bildiriş göndərib.

AzMİU-dan Trend-ə verilən məlumata görə, dünyada tanınan nüfuzlu və peşəkar bir qurum olan RİBA-ya ödənişsiz üzv seçilmək tələbəmiz üçün böyük şans yaradır. Belə ki, quruma üzv olmaqla Murad "RİBA President's Medal" dizayn müsabiqəsi, 30-dan çox məktəbin iştirak etdiyi Polyark beynəlxalq dizayn müsabiqəsi və RİBA “Norman Foster Traveling” təqaüd müsabiqəsində iştirak edə bilər. Tələbəmiz 2020-ci ildə onlayn keçiriləcək RİBA CPD proqramı və professional tədbirlərə minimum 50% endirim əldə etməklə yanaşı, informasiya bülleteni və RİBA jurnalına (RİBAJ) abunə olmaq üçün də endirim qazanıb. Bundan başqa, o, regionda baş verənlər haqqında praktik məsləhətlər və məlumatları əhatə edən beynəlxalq tələbə bülletenləri əldə edə biləcək və müsabiqələrə giriş, lazım olduqda layihələri onlayn, sərgilərdə və RİBA nəşrlərində reklam etmək imkanı qazanacaq.

Xatırladaq ki, AzMİU-nun Memarlıq fakültəsi ötən ilin sonunda RİBA-nın 5 illik akkreditasiyasını alıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbəsi Murad Mirzadə Britaniya Memarlarının Kral İnstitutuna (RİBA) tələbə üzv seçilib.Qurum bununla əlaqədar AzMİU tələbəsinə bildiriş göndərib.

Dünyada tanınan nüfuzlu və peşəkar bir qurum olan RİBA-ya ödənişsiz üzv seçilmək tələbəmiz üçün böyük şans yaradır. Belə ki, quruma üzv olmaqla Murad "RİBA President's Medal" dizayn müsabiqəsi, 30-dan çox məktəbin iştirak etdiyi Polyark beynəlxalq dizayn müsabiqəsi və RİBA “Norman Foster Traveling” təqaüd müsabiqəsində iştirak edə bilər. O, 2020-ci ildə onlayn keçiriləcək RİBA CPD proqramı və professional tədbirlərə minimum 50% endirim əldə etməklə yanaşı, informasiya bülleteni və RİBA jurnalına (RİBAJ) abunə olmaq üçün də endirim qazanıb. Bundan başqa, AzMİU tələbəsi regionda baş verənlər haqqında praktik məsləhətlər və məlumatları əhatə edən beynəlxalq tələbə bülletenləri əldə edə biləcək və müsabiqələrə giriş, lazım olduqda layihələri onlayn, sərgilərdə və RİBA nəşrlərində reklam etmək imkanı qazanacaq.

Xatırladaq ki, AzMİU-nun Memarlıq fakültəsi ötən ilin sonunda RİBA-nın 5 illik akkreditasiyasını alıb.


Etiketlər:  AzMİU Memarlıq fakültəsinin tələbəsi Britaniya Memarlarının Kral İnstitutuna üzv olub


RƏYLƏR