Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 17:32
AFFA “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, “Sabah” komandası ilə bağlı müstəsna prosedurun tətbiq olunmasına dair UEFA-ya müraciət edib.
Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu müraciətə baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Sabah”ın müvafiq sənədləri toplanmalarını və vaxtında UEFA-ya təqdim etmələrini istəyib.
UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirərək bunula bağlı qərar qəbul edib və komandaya avrokuboklarda iştirak icazəsi verilib.
Qeyd edək ki, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.