Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 17:33
Bakı. Ceyhun Ələkbərov - Trend:
Koronavirusdan dünyasını dəyişdiyi deyilən professor Ziyafəddin Əsədov bir ay idi ki, işə çıxmırmış.
Bu barədə Trend-ə açıqlamsında Neft-Kimya Prosesləri İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Zaur Ağamalıyev bildirib. Onun sözlərinə görə, son günlərdə professorun nəfəs almasında problem yaranmışdı:
“Ziyafəddin müəllim bir ay idi işə gəlmirdi. İki gün bundan qabaq onda nəfəsalma problemləri yaranmışdı və bununla əlaqədar onu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna götürmüşdülər. Orada professordan koronavirusun olub-olmaması ilə bağlı test alınıb. Deyilənə görə, testin cavabları müsbət çıxıb”.
Qeyd edək ki, tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədovun iyul ayının 19-da 70 yaşı tamam olacaqdı.