Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Mahmudov: Yenidən sərtləşdirilməyə qərar verməyə məcbur olduq

Rəşad Mahmudov: Yenidən sərtləşdirilməyə qərar verməyə məcbur olduq

Tarix: 18 Iyun 2020 19:21

Bakı. Samir Əli - Trend:

Heç bir dövlət, heç bir millət tərəfindən arzu olunmayanla qarşı qarşıyayıq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, pandemiyanın bizə diqtə etdiyi vəziyyətlə mübarizə aparmaq məcburiyyətindədir: "Bu prosesdə günahkar tapmaq lazım deyil. Cəmiyyətin bir hissəi epidemioloji qaydalara əməl etməməsi hökuməti sərt qərarlar verməyə məcbur edir. Bir çox hadisələrin yaranmasına səbəb olan bu vəziyyətə heç nə edə bilmirik. Yumşalma mərhələsindən sonra yenidən sərtləşdirilməyə qərar verməyə məcbur olduq.

Bu gün xəstəxana çarpayılarının getdikcə məhdud olması, COVİD-lə mübarizədə yeni nəticələr bizi ciddi qorxudur. Dövlət başçısının tapşırığı ilə ilkim mübarizə bütün dünya ölkələri üçün nmunə idi. Amma indi yaranmış vəziyyət Azzərbaycan dövlətini yenidən sərt addımlar atmağa vadar edir".


Etiketlər:  Rəşad Mahmudov Yenidən sərtləşdirilməyə qərar verməyə məcbur olduq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ