Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev prospektində zəncirvari qəza (FOTO)

Heydər Əliyev prospektində zəncirvari qəza (FOTO)

Tarix: 23 Aprel 2019 11:42

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının mərkəzi prospektlərindən birində 3 nəqliyyat vasitəsi toqquşub.

Trend-in məlumatına görə, hadisə bu gün Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə şahidləri bildiriblər ki, qəza şəhər istiqamətində hərəkətdə olan avtomobillər ara məsafəsini düzgün saxlamadığına görə baş verib. Belə ki, "Mercedes E-class" markalı maşın "Toyota Prado"ya, "Toyota" isə qarşıda olan digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Qəza səbəbindən prospektin köməkçi yolunda bir müddət tıxac yaranıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyev prospektində zəncirvari qəza FOTO


RƏYLƏR