Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple məhsulları abunəlik vasitəsilə satılacaq

Apple məhsulları abunəlik vasitəsilə satılacaq

Tarix: 18 Iyun 2020 23:52

Apple öz məhsullarına tələbatı artırmaq üçün yeni üsul fikirləşib. Bir neçə həftədən sonra Apple Card istifadəçiləri yeni Apple məhsullarının ödənişlərini 6 və ya 12 ay müddətinə hissə-hissə edə biləcəklər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, keçən il Apple Card adlı kartın təqdim olunması ilə Apple şirkəti maliyyə xidmətlərini təqdim edən şirkətə çevrilmək yolunda ilk addımını atmışdı.

Bu kart heç bir gizli komissiyaya sahib deyil və üstəlik istifadəçilərə cashback imkanını verir. Məlumata əsasən, şirkət yaxın bir neçə həftə ərzində yeni xidməti istifadəyə verməyə hazırlaşır. yeniliyə görə, iPad, iMac, Apple Pencil, Mac XDR Display ekranları və s. kimi məhsullar üçün 12 aylıq hissə-hissə ödəmə imkanı aktivləşdiriləcək.

iPod, Apple TV və HomePod kimi məhsullar üçün isə 6 aylıq hissə-hissə ödəmə imkanı aktivləşdiriləcək. Hər iki halda da komissiya tutulmayacaq. Başqa sözlə desək, bir dəfəlik AirPods Pro qulaqlığına 250$ ödəmək yerinə alıcı 6 ay müddətində hər ay 42$ ödəyə biləcək.

Qeyd edək ki, ödənişlər Wallet tətbiqindəki Apple Card bölməsi vasitəsilə ediləcək.


Etiketlər:  Apple məhsulları abunəlik vasitəsilə satılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ