Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 07:20
Bakı. Trend:
Braziliyada yeni tip koronavirus infeksiyasına yoluxma hallarının sayı sutkada 22 765 artaraq 978 142-ə çatıb.
Trend-in məlumatına görə, bu rəqəmlər ölkə üzrə yenilənmiş rəsmi statistikada göstərilib.
İnfeksiyanın fəsadlarından ölənlərin sayı 47 748 nəfərə çatıb, son bir gündə 1 238 ölüm faktı qeyd edilib. 482 102 nəfərin sağaldığı da bildirilib.
Ölkədək infeksiyanın yayılması ocağı San-Paulu ştatı və onun eyni adlı paytaxtı sayılır. Bölgədə 192 628 yoluxma və 11 846 ölüm halı aşkarlanıb.
Yoluxanların sayına görə ikincisi Rio-de-Janeyro (87 317 yoluxan) olub, burada koronavirus səbəbindən 8 412 nəfər ölüb.