Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Udmurtiyanın səhiyyə naziri koronavirusa yoluxub

Udmurtiyanın səhiyyə naziri koronavirusa yoluxub

Tarix: 19 Iyun 2020 12:20

Bakı. Trend:

Rusiyanın Udmurtiya Respublikasının səhiyyə naziri Georgi Şerbak koronavirusa yoluxub.

Trend-in məlumatına görə, nazirin xəstəliyi simptomsuz keçir. Hazırda o, özünütəcrid rejimində müalicə olunur.

Daha əvvəl Udmurtiyanın rəhbəri Aleksandr Breçalov da virusa yoluxmuşdu.

Bundan başqa, Rusiya Dövlət Dumasının 30-dan çox deputatında, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovda, mədəniyyə naziri Olqa Lyubimovada və digər şəxslərdə koronavirus aşkar edilmişdi.

Qeyd edək ki, bu günədək Rusiyada 569 mindən çox, 7 841 nəfər ölüb.


Etiketlər:  Udmurtiyanın səhiyyə naziri koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ