Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tibb müəssisələri akkreditasiyadan keçmək üçün bu qədər rüsum ödəyəcək – MƏBLƏĞLƏR

Tibb müəssisələri akkreditasiyadan keçmək üçün bu qədər rüsum ödəyəcək – MƏBLƏĞLƏR

Tarix: 19 Iyun 2020 13:54

Bakı. Elçin Mehdiyev - Trend:

Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən yeni maddədə əksini tapıb.

Təklif edilən yeni maddəyə (32-2) əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

32-2.1. ambulator xidmət göstərən tibb müəssisələri

2000 manat

32-2.2. stasionar xidmət göstərən tibb müəssisələri

4000 manat

Digər maddəyə (32-3) əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri aşağıdakı kimi müəyyən edilir:

32-3.1. Bu Qanunun 32-2.1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

32-3.2. Bu Qanunun 32-2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilir.".

Müzakirələrdən sonra dəyişikliklər səs qoyularaq ikinci oxunuşda qəbul edilib.


Etiketlər:  Tibb müəssisələri akkreditasiyadan keçmək üçün bu qədər rüsum ödəyəcək MƏBLƏĞLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ