Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 14:15
Müğənni Nadir Bayramlı mərhum qardaşı haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, ifaçı Xəzər televiziyasında yayımlanan "5-də 5" verilişində qonaq olarkən kədərli anlar yaşayıb. O, böyük qardaşının vəfatından sonra anasının toylara getmədiyini açıqlayıb.
"On ildir böyük qardaşım vəfat edib. O, rəhmətə getdikdən sonra, anam heç bir toyda, şənlikdə iştirak etməyib. Ondan sonra anam qəlbən sındı. O, bizə qardaş yox atalıq edib. Atam öldükdən sonra ailəmizin bütün yükü onun çiyinlərində olub, görünür bu ağırlığa dözmədi. Anidən qan təzyiqi yüksəldi, beyninə qan sızdı, 53 yaşında onu itirdik ",- deyə o, həyatında baş verən faciəli anlardan bəhs edib.