Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 18:18
Tovuz rayonunda kişi arvadını vəhşicəsinə döyüb.
Belə ki, rayonun Əhmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Mətanət Əsgərova ərindən polisə şikayət edib.
O qeyd edib ki, əri Xəqani Əsgərov tərəfindən döyülüb.
Nəticədə, qadın bətnindəki 11 həftəlik körpəsini itirib.
Daxili İşlər Nazirliyi Tovuzda qadının əri tərəfdən döyülməsinə münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov Oxu.az-a açıqlamasında bildirib ki, hazırda Mətanət Əsgərovanın müraciəti əsasında Tovuz Rayon Polis şöbəsində müvafiq araşdırma aparılır:
"Tibbi ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək".