Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spot robotunun satışları başlandı

Spot robotunun satışları başlandı

Tarix: 20 Iyun 2020 08:52

Boston Dynamics şirkəti öz saytında Spot robotunun satışlarına start verib. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ilkin mərhələdə şirkət sözügedən robotu bəzi şirkətlərə icarəyə verirdi. İndi isə istənilən şirkət bu robotu əldə edə bilər. Robotun satışı hələki ABŞ-da reallaşdırılır. Lakin digər ölkələrdən olan şirkətlər Boston Dynamics ilə əlaqə yaradaraq robotun icarəsi məsələsini müzakirə edə bilərlər. Spot robotu kommersiya və sənaye sahələrində istifadə oluna biər.

Məsələn, bu robot avtomatik şəkildə məlumatların yığılmasında, yüklərin daşınmasında və təhlükəli ərazilərin müşahidə olunmasında istifadə oluna bilər. Hər ehtimalda Boston Dynamics şirkəti Spot-dan yalnız faydalı işlərdə istifadəni tələb edir. Satış komplektinə robotun özü, onun üçün iki batareya, idarəetmə planşeti, gövdə və proqram təminatı daxildir. Robotun qiymətinə gəldikdə isə o çox bahadır. Belə ki, robot 74.500$ qiymətində satılır. Müqayisə üçün qeyd etmək lazımdır ki, həmin qiymətə Tesla Model S elektromobili almaq olar. Əlavə 15.000$-a robot üçün ehtiyat batareya, LiDAR skaner və digər təchizat almaq olar.

Milli.Az


Etiketlər:  Spot robotunun satışları başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ