Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 11:50
Karantin qaydalarına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, dünən axşamdan Bakı, Sumqayıt və Abşerondan olan şəxslər rayonlara getməyə cəhd göstəriblər:
"5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlardan 4000-i Bakı, 1000-ə yaxın isə rayonlara qaytarılıb. Sürücülərdən xahiş olunur ki, heç kim buna cəhd etməsin. Heç kim karantin postundan xahiş edib keçə biləcəyini düşünməsin. Daxili İşlər Nazirliyi əməkdaşı qərar qəbul edə bilir, buna görə də heç kim polislə mübahisə etməsin. Suallara cavab üçün Daxili İşlər Nazirliyinin 012 590 80 20 qaynar xətti var. Bura müraciət edə bilərsiniz. Əgər icazə verilməsə, nəyəsə cəhd edib polislə mübahisə etməyin".