Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 13:36
2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 207,5 min ton təşkil edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hesabat dövründə süd istehsalı 1,6 faiz artaraq 859,4 min ton, yumurta istehsalı 9,3 faiz artaraq 836,3 milyon ədəd, yun istehsalı 0,1 faiz artaraq 12,2 min ton və barama istehsalı 9,7 dəfə artaraq 18,3 ton olub.
Ümumilikdə isə 2020-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 165,1 milyon manat təşkil edib ki, onun da 1 milyard 721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artıb.