Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda yol çəkilişi zamanı qaz borusu partladı - Yaralılar var

Tovuzda yol çəkilişi zamanı qaz borusu partladı - Yaralılar var

Tarix: 20 Iyun 2020 17:50

Tovuzda qaz borusunun qaynağı zamanı partlayış baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Xatınlı kəndi yaxınlığında olub. Yol çəkilişi zamanı qaz borularında görülən qaynaq işləri zamanı partlayış baş verib.

Hadisə zamanı 1966-cı il təvəllüdlü Quliyev Sənan İsmayıl oğlu və 1957-ci il təvəllüdlü Süleymanov Məhərrəm İslam oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

"Azəriqaz"dan verilən məlumata görə, yaralılar istehsalat birliyinin əməkdaşları deyil. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Etiketlər:  Tovuzda yol çəkilişi zamanı qaz borusu partladı Yaralılar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ