Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 20:48
Almaniya elektromobillərin alınmasına verilən subsidiyaları üç dəfə artırıb. Hökumət artıq 3.000 avroluq subsidiya məbləğinə 6.000 avro da əlavə etmək qərarına gəlib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ölkə bununla kifayətlənmək fikrində deyil. Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər arasında, yanacaq doldurma stansiyalarında (YDS) elektrik terminallarının quraşdırılması tələbi də var.
Hazırda Almaniyada 27.730 ictimai yükləmə terminalı mövcuddur. Amma söhbət onlarla elektromobilin qoşulduğu yükləmə stansiyalarından deyil, fərdi nöqtələrdən gedir. Bununla belə, 70 min yükləmə terminalına ehtiyac var. Artıq YDS-larının əksəriyyətində elektrik yükləmə terminalları quraşdırılıb.