Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 22:52
Feysbuk Amerika vətəndaşlarını ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqəli xəbərdar etmək üçün bir sıra yeniliklərə imza atıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət xüsusi kampaniya ilə yanaşı, siyasi reklamların söndürülməsi üçün funksiyanı tətbiq edəcək
Şirkət rəhbəri Mark Zukerberq kampaniyanın 4 milyon insanın səsvermə zamanı qeydiyyatdan keçməsini təmin etmək məqsədi ilə yaradıldığını deyib.
O bildirib ki, Feysbuk xüsusi məlumat mərkəzi yaradaraq istifadəçilərə tam həqiqəti əks etdirəcək informasiyanı təqdim edəcək. Məlumat mərkəzi onlara nə vaxt və necə səs verə biləcəkləri barədə məlumat verəcək.
Qeyd edək ki, yeni funksiya Feysbuk və İnstaqramda əsas səhifənin üzərində yerləşəcək.