Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 08:52
Bakı. Trend:
Ağ Evin mətbuat katibi Sara Sanders iyunun sonunda öz postunu tərk edəcək.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.
D.Tramp yazıb: "O, inanılmaz bir iş görmüş qeyri-adi istedada malik xüsusi bir insandır! Ümidvaram ki, Arkanzasın qubernatoru üçün öz namizədliyini irəli sürəcək".
Qeyd edək ki, S.Sanders 2017-ci ildən Ağ Evin mətbuat katibi vəzifəsində çalışıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin