Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röya ilə Günayın hovuzdakı bənzər FOTOSESSİYASI

Röya ilə Günayın hovuzdakı bənzər FOTOSESSİYASI

Tarix: 21 Iyun 2020 15:45

Xalq artisti Röya Ayxanın sosial mediada paylaşdığı fotolarla bağlı müzakirələr və söz-söhbətlər bitmir ki, bitmir.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, sənətçinin hovuzda çəkdirdiyi bir-birindən iddialı, seksual şəkillərinin və qlamur obrazının təkrar olduğu üzə çıxıb.

 

Sosial media əhli Röyanın şəkillərinin sənət yoldaşı Günay İbrahimlinin ötən yay nümayiş etdirdiyi fotosessiyası ilə müqayisə edərək, obraz və stil baxımından oxşarlıq təşkil etdiyini yazıblar.

Diqqət çəkən məqam isə hər iki ulduzun fotosessiyasının müəllifinin peşəkar fotoqraf Fərhad Əlinin olmasıdır.

Beləcə, Xalq artisti R.Ayxanın adı daha bir imic oxşarlığında hallanıb. 

Qeyd edək ki, bundan əvvəl Xalq artisti Röya Ayxanın imic dəyişikliyini edən stilist Anar Ağakişiyev qarşı tərəfi (Natavan Həbibi - red.) ideya oğurluğunda ittiham edib, yaratdıqları qalmaqalı cılız və gülməli adlandırıb. 

Həmin ərəfədə digər müğənni Səidə Sultan isə arxiv fotolarını gün üzünə çıxararaq, həmkarını, eləcə də A.Ağakişiyevi imic oğurluğunda günahlandırıb.


Etiketlər:  Röya ilə Günayın hovuzdakı bənzər FOTOSESSİYASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ