Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 16:15
Ümumdünya Səhiyyə Təşkilatının "koronavirusun müalicəsində irəliləyiş" adlandırdığı iltihab əleyhinə "deksametazon" dərmanı sözügedən xəstəliyin yüngül formalarında və ya profilaktik məqsədlə istifadə olunarsa, sağlamlığa zərər verə bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu İsrailin Aşdod şəhərində yerləşən Assuta xəstəxanasının Pulmonologiya İnstitutunun direktoru Daniel Starobin deyib.
"Ağır xəstələrdə təsir göstərir, effektivdir, lakin bu, steroidlərin COVID-19-un yüngül formalarında təsirli ola biləcəyini ifadə etmir. Profilaktikadan heç danışmıram. Əksinə, bu məsələlərdə əks effekt verə bilər", - deyə, o xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, steroidlərin izafi həcmi immun sistemi zəiflədir, bu isə koronavirusun ilkin və yüngül formalarında təhlükəli ola bilər.
D.Starobin steroid qəbul edən pasiyentlərdə xəstəliyin sürətlə yüngüldən ağır səviyyəyə keçə biləcəyini də vurğulayıb.
Həkim, eyni zamanda xroniki xəstəliklərin, o cümlədən xərçəngin müalicəsi üçün davamlı olaraq steroid dərmanları qəbul edən xəstələrin heç bir halda bunu dayandırmamaları barədə də xəbərdarlıq edib.