Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal'' üçün son saniyələrdə şok

''Arsenal'' üçün son saniyələrdə şok

Tarix: 21 Iyun 2020 16:26

İyunun 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turunun növbəti oyunları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Brayton" klubu öz meydanında paytaxt təmsilçisi "Arsenal" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 68-ci dəqiqədə açılıb. Qonaqların hücumçusu Nikolya Pepe "Arsenal" azarkeşlərini sevindirib. Lakin ikinci hissənin ortalarında "Brayton"un müdafiəçisi Lyuis Dank hesabı bərabərləşdirib.

Meydan sahiblərinə qələbə qolunu hücumçu Nil Mope bəxş edib. O, 95-ci dəqiqədə səhvsiz oynayıb.

"Arsenal" İngiltərə Premyer Liqasının yarış cədvəlində doqquzuncu yeri tutur. Komandanın aktivində 40 xal var. "Brayton" turnir cədvəlində 32 xalla 15-ci yerdə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Arsenal üçün saniyələrdə şok


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ