Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 00:36
Bakı. Trend:
Belarusda sutkada koronavirusa yoluxma sayı 569 nəfər artaraq 58 505-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə ölkə Səhiyyə Nazirliyi bildirib.
Ümumilikdə 346 nəfərin öldüyü, 37 666 xəstənin sağaldığı qeyd olunur.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Vuhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını deyib. Xəstəliyin törədicisi, COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirus SARS-CoV-2-dir. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun yayılmasını pandemiya elan edib.