Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''da ciddi itkilər

''Qalatasaray''da ciddi itkilər

Tarix: 22 Iyun 2020 08:28

Futbol üzrə Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində "Qaziantep"lə üz-üzə gələn "Qalatasaray" bu oyunda xal itirməklə (3:3) yanaşı bir neçə futbolçusunun da xidmətindən məhrum olub.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, İstanbul klubunun kolumbiyalı hücumçusu Radamel Falkao zədə alıb. Matçı davam etdirə bilməyən forvard 75-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Onun durumu qarşıdakı günlərdə ətraflı müayinədən sonra bəlli olacaq.

"Qalatasaray" bu oyunda sarı vərəqə alan Mariano, həmçinin 55-ci dəqiqədə meydandan qovulan Ahmet Çalıkın da xidmətindən məhrum olub. Falkaodan fərqli olaraq, bu iki futbolçunun növbəti turda "Başakşəhər"ə qarşı oynamayacağı dəqiqdi.
 
"Rizəspor"la oyunda aldığı qırmızı vərəqəyə görə 4 oyunluq cəza alan Adem Büyük də "Başakşəhər"lə qarşılaşmada komandasına kömək edə bilməyəcək.


Etiketlər:  Qalatasarayda ciddi itkilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ