Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avroliqa finalının təcrübəsi Avro-2020-də Bakıya çox kömək edəcək'' - Trezege

''Avroliqa finalının təcrübəsi Avro-2020-də Bakıya çox kömək edəcək'' - Trezege

Tarix: 14 Iyun 2019 10:28

"Avro-2020-nin final mərhələsində bizi maraqlı təcrübə gözləyir. Çünki 12 ev sahibindən bəziləri hələ yüksək səviyyədə futbolla tanış olmayan ölkələrdir. Onların bu böyük yarışın bir hissəsi olmaq imkanı qazanması çox yaxşıdır".

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin sabiq üzvü David Trezege deyib. Veteran hücumçu "sport-express" nəşrinə geniş müsahibəsində Avro-2020-nin final mərhələsinin keçiriləcəyi ölkələr haqda danışıb. O, turnirin 4 oyunun Bakıya salınmasına da münasibət bildirib:

"Düzdür, Avroliqanın finalı ilə bağlı bir çox tənqidlər oldu. Amma məncə, bunun böyük hissəsi təşkilati məsələlərlə bağlı idi. Çünki stadion özü çox gözəl və genişdir. Bu, Bakının ilk belə təcrübəsi idi. İlklər nadir hallarda ideal olur. Əlbəttə, Azərbaycan Avropa hissəsindən bir az kənarda yerləşir. Ancaq bu təcrübə Bakıya Avro-2020-də çox kömək edəcək".

Qeyd edək ki, Avropa çempionatında qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

 


Etiketlər:  Avroliqa finalının təcrübəsi Avro 2020 Bakıya çox kömək edəcək Trezege


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ