Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anasını itirəndən ata evində qalıb'' - Hacı Nuran Könül Xasıyevanı ziyarət etdi

''Anasını itirəndən ata evində qalıb'' - Hacı Nuran Könül Xasıyevanı ziyarət etdi

Tarix: 22 Iyun 2020 11:15

"Şəkiyə ayaq basar-basmaz ancaq Xalq artisti Könül Xasıyeva barəsində düşünürdüm. Onun Şəkidə olduğunu bilirdim. Anasını torpağa tapşırandan bəri doğma ata evində idi".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. O, bir müddət əvvəl anasını itirən Xalq artisti Könül Xasıyevanı ziyarət edib. Hacı Nuran birlikdə fotolarını yayımlayaraq bunları yazıb:

"Bu koronavirus onu geri dönməyə qoymayıb. Darıxdığını, dostlarını özlədiyini bilirdim. Məni görən an yaşardığı gözlərini, titrəyən dodaqlarını, ürəkparçalayan sözlərini təsəvvür etməyiniz çətin deyil. Xeyli söhbətləşdik, anasından, gəncliyindən danışdı. Məni ən çox duyğulandıran onun son kəlməsi oldu: "Sən gəldin, elə bildim dünyam çiçək açdı". O an bir şeyi anladım: nə qədər ki, imkan var, bizə ehtiyacı olanları sevindirək".


Etiketlər:  Anasını itirəndən evində qalıb Hacı Nuran Könül Xasıyevanı ziyarət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ