Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 11:21
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, general-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.
Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.
Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.