Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 11:32
Bakı. Trend:
Türkiyənin Bursa vilayətində baş vermiş daşqın nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Trend-in məlumatına görə, bölgədə itkin düşən 1 nəfərin axtarışı davam edir.
Daşqın Bursa vilayətinin Kestel rayonunun Dudaklı, Narlıdere, Gölcuk, Sarıkaya, Kayacık və Aksu məhəllələrində baş verib.
Təbii fəlakət bölgədə ciddi fəsadlar törədib. Çoxlu sayda ev, əkin sahələri su altında qalıb.