Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın əməkdar həkimi: “Əhalinin 70 faizi xəstələnib sağalana qədər “ikinci dalğanı” gözləməyə dəyər” - FOTO

Ukraynanın əməkdar həkimi: “Əhalinin 70 faizi xəstələnib sağalana qədər “ikinci dalğanı” gözləməyə dəyər” - FOTO

Tarix: 22 Iyun 2020 14:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan siqnalı verməkdə davam edir. ÜST Avropa Regional Ofisinin direktoru Hans Klüge bir çox Avropa ölkələrində koronavirus pandemiyasının hələ də aktiv mərhələdə olduğunu deyib.

İndi isə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının yeni mərhələsinin başladığını elan edib. Bu fonda, demək olar ki, eyni vaxtda həm Azərbaycanda, həm də Ukraynada karantin rejimi avqustun 1-dək uzadıldı.

Sonxeber.net xəbər verir ki, media.az Ukraynanın Əməkdar həkimi, tibb elmləri doktoru, siyasi və dövlət xadimi Olqa Boqomoletsə şərh üçün müraciət edib.

- Ukraynada koronavirusla əlaqədar "adaptiv karantin"in iyul ayının sonuna qədər uzadılması elan edildi. Gələn məlumatlara əsasən, həm Ukraynada, həm də Azərbaycanda karantin yumşaldıldıqdan sonra yoluxanların sayı artır.

- Ukrayna haqqında danışa bilərəm. Yoluxma nisbətinin artmasına səbəb olan iki əsas amil var. Birincisi, birgə tədbirlərə, buraxılışlara, gəzintilərə getməyə başlayan insanların məsuliyyətsizliyidir. Sadəcə, təhlükəsizlik qaydalarına riayət edilmədi. İkincisi, epidemiyanın qarşısını almaq üçün kifayət qədər tədbirlər görməyən hakimiyyətin məsuliyyətsizliyidir. Tədbirlər yarımçıq görülürdü. Xüsusi protokollara görə, nəqliyyat vasitələrini, izdihamlı yerləri - məsələn, supermarketləri mütəmadi olaraq dezinfeksiya etmək lazım idi. İşlərin düzgün görülməməsi xəstəlik hallarının artmasına səbəb oldu. Ancaq, əlbəttə, karantində insanlar vaxt qazandılar...

- Azərbaycanda yumşaldılmanın bir neçə mərhələsi oldu. İnsanlar küçələrə çıxdılar, ticarət mərkəzlərinə getdilər, sosial məsafə saxlamadılar, maska taxmadılar. Eyni zamanda, həm nəqliyyatda, hətta mütəmadi olaraq küçələrdə dezinfeksiya işləri aparılır. Buna baxmayaraq, yoluxmanın kəskin artması qeydə alınır. Nəticədə, hakimiyyət həftəsonları ümumi karantin tətbiq etdi. İndi şərtlər dəyişib, amma buna baxmayaraq, həftədə iki gün təcrid - bu haqlı tədbir idimi?

- Düşünürəm ki, bəli. İstənilən hökumət iqtisadiyyatın çökməsi ilə bağlı təhlükəni başa düşür. Həftədə beş gün insanlara işləmək icazəsinin verilməsi sakinlərin davamlılıq rejiminin, "maliyyə yastığı"nın bitmək üzrə olduğunu anlamaqdan qaynaqlanır. 

Həftəsonu isə başqa məsələdir. Fərqli insanlar, deyək ki, kollektivlər görüşür, ünsiyyət qururlar. Buna görə də, Azərbaycan hakimiyyəti sosial ünsiyyəti məhdudlaşdırmağa çalışdı. Bu, xəstəliyin yayılmasını dayandırmağa kömək edə biləcək cəhdlərdən biridir.

Eyni zamanda, yaxşı bilirik ki, əhalinin 70 faizi xəstələnib sağalana qədər, hətta epidemiyanın azaldığı ölkələrdə "ikinci dalğa"nı gözləməyə dəyər və bu "dalğalar" davam edəcək. Ancaq xəstəxanalar xəstələrin axınına tab gətirə bilsələr, bu, faciə deyil. Bəla, tibb müəssisələrinin bütün xəstələri qəbul edə bilməyəcəyi və ölüm hallarının fəlakətli şəkildə artacağı zaman gələcək.

Ən vacibi, insanlar köməksizlikdən ölməməlidir. Koronavirusa maksimum uzun müddətdə (bu vacibdir) yuxarıda da dediyim kimi, əhalinin 70% faizi yoluxub sağalan ölkələr qalib gələcək. Bundan sonra dövlətin az-çox müdafiəsi (COVID-19-dan) olacaq. 

Aydındır ki, indi hamı peyvəndin hazırlanmasını gözləyir. Bununla yanaşı, artıq koronavirusla yenidən yoluxma halları var. Sabit immunitetin yaranacağı və vaksinin olduğu halda belə, insanların ikinci dəfə xəstələnməyəcəyi tam aydın deyil.

- Bir çox mütəxəssislər isti havaların başlaması ilə yoluxmanın azalacağını gözləyirdi. Azərbaycanda artıq kölgədə 40 dərəcə temperatur var, ultrabənövşəyi şüalanma çoxdur. Ancaq insanlar yoluxmaqda davam edir.

- Yayın gəlməsi, havaların isinməsi ilə virusun yox olacağı barədə hekayələrin hamısı fantaziyadır. İzah edim. İnsanın normal istiliyi 36,6-dır. Qanda 37-38 dərəcədir. Bu, vurğulayıram, sağlam fərddə belədir. Virus bədənimizə daxil olduqda, onun üçün məqbul temperatur mühiti 38 dərəcədir. Buna görə, havanın yüksək temperaturunun "panaseya" olduğuna dair hekayələrə inanmamalısınız.


Etiketlər:  Ukraynanın əməkdar həkimi Əhalinin faizi xəstələnib sağalana qədər ikinci dalğanı gözləməyə dəyər FOTO


RƏYLƏR