Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ardıcıl 9-cu çempionluq

Ardıcıl 9-cu çempionluq

Tarix: 22 Iyun 2020 14:24

Bolqarıstan çempionatında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, “Ludoqorets” mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Komanda 27-ci turda öz meydanında “Beroe” ilə qarşılaşıb. 2:1 hesablı qələbə qazanan “Ludoqorets” xallarının sayını 65-ə çatdırıb və Sofiya SSKA-sı (51) ilə “Levski” (50) üçün əlçatmaz olub.

Qeyd edək ki, “Ludoqorets” bu çempionluğu məğlubiyyətsiz qazanıb. Bu, Razqard klubunun ardıcıl 9-cu çempionluğudur.

 


Etiketlər:  Ardıcıl çempionluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ