Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuzda kütləvi dava: 16 yaşlı yeniyetmə bıçaqlandı

Oğuzda kütləvi dava: 16 yaşlı yeniyetmə bıçaqlandı

Tarix: 22 Iyun 2020 19:34

Oğuzda kütləvi dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Sonxeber.net bildirir ki, hadisə bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində baş verib. 5 nəfər arasında düşən dava zamanı  Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.

Yaralı Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı 16 yaşlı M. Qədirlinin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Oğuzda kütləvi dava yaşlı yeniyetmə bıçaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ