Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 21:56
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada iyunun 23-ü yeni növ koronavirusla əlaqədar yaranan vəziyyətə görə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsinin üçüncü mərhələsi başlayır. Bu mərhələ çərçivəsində sabahdan restoranlar, fitness mərkəzləri, uşaq bağçaları fəaliyyətini bərpa edəcək, idman və istirahət üçün şəhər infrastrukturu istifadəyə veriləcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Moskva şəhərinin meri Sergey Sobyanin öz bloqunda yazıb.
Onun sözlərinə görə, sabahdan üç aylıq aradan sonra restoran və kafelər açılacaq: "Fitnes klubları, hovuzlar və idman-sağlamlıq komplekslərinin fəaliyyəti bərpa olunacaq. Kitabxanaların və uşaq bağçalarının fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər ləğv edilir".
Şəhərin meri qeyd edib ki, əhalinin sosial müdafiəsi qurumları normal fəaliyyət rejiminə qayıdır. Bölgələrin tədricən "açılmasını" və tətil mövsümünün yaxınlaşmasını nəzərə alaraq, şəhər rəhbərliyi turizm agentliklərinin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi barədə qərar qəbul edib. Lakin Moskvada ekskursiyaların təşkili hələki mümkün olmayacaq.