Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda futbola xüsusi sevgi yoxdur'' - Rıbka

''Azərbaycanda futbola xüsusi sevgi yoxdur'' - Rıbka

Tarix: 14 Iyun 2019 12:16

"Azərbaycanda hər şey var. Amma futbola çox az adam gəlir".

Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in qapıçısı Aleksandr Rıbka deyib. Hazırda Ukraynada olan qolkiper ölkəsində "Bombardir" "yutub" kanalına geniş müsahibə verib. Bir çox məqama toxunan Rıbka Azərbaycan futbolundakı əsas problemlərdən biri olan azarkeşlərin stadiona gəlməməsindən də söz açıb. O, bunu Premyer Liqa oyunlarının əksəriyyətinin Bakıda keçirilməsi ilə əlaqələndirib:

"Orta səviyyəli komandaların oyunlarında maksimum 1000 nəfər olur. Açığı, statistikanı elə də izləmirəm.
Onu deyə bilərəm ki, azarkeş sayı bizdəkindən azdır. Vəziyyəti dəyişmək üçün cəhd edirlər. Amma insanlarda futbola xüsusi sevgi yoxdur. Bunun da səbəbi, Qəbələ istisna olmaqla, çempionatın demək olar ki, bir şəhərdə keçirilməsidir. Hə, bir də Sumqayıtın komandası var. Bu şəhər isə Bakıda 40 km aralıda yerləşir. Maşınla yarım saata çatmaq olur".

Qeyd edək ki, Rıbka ötən mövsüm qış fasiləsində "Səbail"ə keçib.
 


Etiketlər:  Azərbaycanda futbola xüsusi sevgi yoxdur Rıbka


RƏYLƏR