Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 08:48
Bakı. Trend:
Türkiyənin İstanbul şəhərin Təhsil Araşdırma Xəstəxanasında yanğın baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə yerinə çox sayda yanğınsöndürən briqadası cəlb edilib. Xəstəxananın ikinci mərtəbəsində başlayan yanğın tez bir zamanda söndürülüb.
Bildirilir ki, yanğın nəticəsində xəsart alan olmayıb. Hazırda xəstəxanaya dəyən zərərin hesablanması işləri aparılır.
İlkin məlumata əsasən, yanğın texniki səbəblərdən başlayıb, lakin araşdırma davam edəcək.