Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada “lagazetteaz.fr” Azərbaycanın onlayn qəzeti işə başlayıb

Fransada “lagazetteaz.fr” Azərbaycanın onlayn qəzeti işə başlayıb

Tarix: 23 Iyun 2020 10:06

Fransada Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) media layihəsi, "lagazetteaz.fr" onlayn qəzeti işə başlayıb.

Bu, Parisdə ofisi olan ilk Azərbaycan informasiya resursudur və Avropa istiqamətində media əlaqənin inkişafına, eləcə də Avropa ölkələrinin cəmiyyətləri səviyyəsində Azərbaycan barədə obyektiv reallıqların qavranmasının formalaşdırılmasına yönəlmiş pilot layihə olacaq.

Sonxeber.net xəbər verir ki, layihənin açılışını şərh edən Milli Məclisin deputatı, Trend BİA-nın baş direktorunun müavini Sevil Mikayılova bu hadisənin xüsusi əhəmiyyətini vurğulayıb:

"Trend BİA-nın təşəbbüsü olan yeni informasiya layihəsini yalnız alqışlamaq olar. Parisdə bu cür media resursun açılması və işləməsi bir çox məqamlara görə vacib əhəmiyyət daşıyır: ilk növbədə, bu, Fransa və digər fransızdilli ölkələrin cəmiyyətlərinin Azərbaycanda və ümumilikdə regionda baş verən hadisələr barədə məlumatlandırılması baxımından aktualdır. Məsələn, Fransada ölkəmizin daxili və xarici siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə dürüst və təhrifsiz informasiyanın böyük çatışmazlığı müşahidə olunur. Bundan başqa, layihə Azərbaycan-Fransa iqtisadi münasibətlərinin, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığın inkişafı kontekstində vacib əhəmiyyət daşıyacaq. Faydalı və aktual informasiyanın etibarlı mənbələrinin sayının artması siyasətçi və iş adamlarına, elm və mədəniyyət xadimlərinə ölkələrimizin və xalqlarımızın yaxınlaşması maraqlarına cavab verən düzgün qərarların qəbul olunmasına imkan verəcək.

Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatının üzvü olan Afrika və Asiya ölkələrində bir sıra humanitar layihələr reallaşdırır, ona görə də bu ölkələrin auditoriyaları üçün də Azərbaycanda və regionda baş verən hadisələr barədə ilkin mənbədən məlumat əldə etmələri faydalı olacaq.

Qəzet Fransa və Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatının geniş spektri üzrə müxtəlif nəzər nöqtələrinin təqdim olunmasına açıq olacaq".

Trend BİA gələcəkdə Parisdəki ofisin iş miqyasını böyütməyi, Azərbaycanın onlay nəşrinin tematik şəbəkəsini genişləndirməyi, "lagazetteaz.fr" bazasında yeni multimedia məhsulları təklif etməyi planlaşdırır. Bu, Azərbaycan resursuna Fransanın informasiya məkanında öz yerini tutmağa imkan verəcək.


Etiketlər:  Fransada lagazetteazfr Azərbaycanın onlayn qəzeti işə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ