Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 11:36
Bakı. Trend:
Serbiyada leysan yağışlardan sonra çayların daşması nəticəsində ölkənin 7 rayonunda fövqəladə vəziyyət elan edilib.
Trend-in məlumatına görə, ölkənin qərbində aramsız yağışlar bir neçə gündür ki, davam edir.
Bir neçə yaşayış məntəqəsi su altında qalıb. Bir körpü tamamilə dağılıb.
Ətraf qəsəbələrdən 50-yə yaxın sakin təxliyə edilib.
Sinoptiklər bu vəziyyətin bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.