Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb” portalına inteqrasiya olunub (VİDEO)

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb” portalına inteqrasiya olunub (VİDEO)

Tarix: 23 Iyun 2020 12:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Şagirdlərdə alqoritmik düşüncə və məntiqi təfəkkürün, eləcə də layihə qurmaq və icra etmək bacarıqlarının inkişafına xidmət edən “Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb” portalına inteqrasiya olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

“Rəqəmsal bacarıqlar” layihəsinə üzv olan məktəblərin müəllim və şagird heyəti “Virtual məktəb” portalında “More added apps” bölməsindən “Algorithmics” tətbiqini əlavə etməklə layihə üzrə fəaliyyətlərini birbaşa bu portalda davam etdirə bilərlər.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi və 70 mindən çox şagirdi əhatə edib. Layihə çərçivəsində informatika fənni yeni formatda tədris olunur, şagirdlər fənn üzrə interaktiv alətlərdən, 300-ə yaxın hazırlanmış teledərs və videodərs materiallarından yararlana bilirlər.


Etiketlər:  Rəqəmsal bacarıqlar layihəsi Virtual məktəb portalına inteqrasiya olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ