Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirən şəxs saxlanıldı

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirən şəxs saxlanıldı

Tarix: 23 Iyun 2020 13:34

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Actros" markalı yük nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin salonunda oturacaqların altında və mühərrikində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 25 adda 6953 ədəd həb, 325 ədəd kapsul, 4 ədəd şüşə, 2 ədəd plastik qablaşdırmada olan dərman preparatları və 16 qutu tibbi ləvazimat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirən şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ