Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 16:21
Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil Nazirliyi "Mədəniyyət" telekanalında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı" proqramının iyunun 24-ü üçün müəyyən edilən dərs cədvəlini açıqlayıb.
Trend-in məlumatına görə, teledərslər bu formatda 17 iyuladək davam edəcək.
"Dərs vaxtı" proqramında abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. ilə bağlı məlumatlar veriləcək. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.