Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu (VİDEO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu (VİDEO)

Tarix: 23 Iyun 2020 16:42

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq əlil arabasından qurtulub.

Trend-in məlumatına görə, Cavid Həsənlinin xəstəliyi 7 yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. 3-cü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda 4 dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub. Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.


Etiketlər:  Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu VİDEO


RƏYLƏR