Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 16:27
Bakı. Trend:
Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutulub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Hacıyevanın içərisində 100 manat, 80 avro və 100 funt sterlinq pul olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Ələkbərova saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin