Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 18:20
"Tez bağışlayanam. Qəlbən bağışlayanda əziyyət çəkmirsən. Çalışmalısan ya o insanla məsafə saxlamalısan, ya da onun varlığını unutmalısan. O, insan sənin üçün olmamalıdır. Mənə pislik edən, ətrafıma zərər verəni bağışlamasam, özüm əziyyət çəkəcəm. Mənə qarşı etdiyi pislik yadıma düşdükcə, həyat fəaliyyətimə davam edə bilməyəcəm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Ağ və qara" proqramında qonaq olarkən deyib. Aktyor həyatından, xasiyyətindən danışıb:
"Kimisə yanımdan uzaqlaşdırmağı bacarıram. İnsan var ki, ömrüboyu ona pislik edəndən əl çəkmir. Niyə pislik edənlə eyni səviyyədə olmalıyam? Onu yaxşılığımla xəcalətli edim. Elə də yaxşı insan deyiləm. Hər kəsin çatışmayan cəhədləri var. Heç kim tam mükəmməl deyil. Amma abırlı, həyalı olmaq insana xasdır. Bunları niyə özümdən uzaqlaşdırım?
Hamı səhnədəki Coşqunu sevsin. heç kim indiki Coşqunu sevmək məcburiyyətində deyil".
Aktyor pisliyi qəbul etmədiyini söyləyib:
"Heç kim deyə bilməz ki, Coşqun məni arxadan vurub, haqsızlıq edib. Səsimi yüksəldə bilərəm. Üstündən bir az keçəndəd eyirəm, sən məni buna məcbur edirsən. Bu, insanın xasiyyətindən asılı olan bir şeydir.
İnsan necə ailəsinə, ətrafına pislik edə bilər? Onlara gönüqalın deyirəm. Çoxları boynuna almır. And içən insanları qəbul etmirəm. Mənim sözüm düzdürsə, düzdür. Sözü deyirəm və budur. Onu sənə yedizdirmək üçün nə üç-dörd dəfə təkrar edəcəm, nə də and içəcəm".