Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“10 manat vermək üçün getdi, qanlar içində idi” - Bıçaqlanaraq öldürülən kişinin həyat yoldaşı DANIŞDI - VİDEO

“10 manat vermək üçün getdi, qanlar içində idi” - Bıçaqlanaraq öldürülən kişinin həyat yoldaşı DANIŞDI - VİDEO

Tarix: 23 Iyun 2020 20:26

Qobustanda qətl hadisəsi baş verib.

Sonxeber.net ARB-TV-yə istinadən xəbər verir ki, Qobustan sakini dostunun evində öldürülüb.

Belə ki, Qobustan rayonu, Heydər Əliyev prospektində 46 yaşlı Elman Cabbarovun üzərində bıçaq xəsarətləri olan meyiti aşkar olunub.

Daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İstintaqla hadisənin rayon sakini 46 yaşlı Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Gülnar Cabbarova (mərhumun yoldaşı): "11-12 olardı. 3 dəfə zəng edib ki, bəs mənim üçün 10 manat pul gətir, ürəyim ağrayır. Bu da gəlib evdən pul aparıb verdi. Mən qoymurdum, dedi ki, 5 dəqiqəyə verib-gəlirəm. Getdi, saat 1,2,3 gəlmədi. 6-nın yarısı uşağı oyatdım ki, get gör atan hardadı? Gedib görüb ki, uzadıblar darvazanın qarşısında, kişi də qan içində".

Ailəsinin dediyinə görə Rövşənlə Elman yaxın dost olsalar da iki il bundan öncə də onların arasında bənzər hadisə yaşanıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  manat vermək üçün getdi qanlar içində Bıçaqlanaraq öldürülən kişinin həyat yoldaşı DANIŞDI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ