Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 21:40
TikTok sosial şəbəkəsi təhsil ilə bağlı məzmunun yaradılması üçün yüzlərlə ekspert və təşkilatı cəlb edəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə platforma nümayəndələri açıqlama verib.
Xeyriyyə təşkilatları və universitetlər TikTok-da məzmun yaratmaq üçün ödəniş edəcəklər.
Sosial şəbəkənin Avropa üzrə baş meneceri Riç Votervortun sözlərinə görə, platformada təlim videolarına marağın artımı müşahidə olunur, #LearnOnTikTok həşteqı isə 7 milyarddan çox izləmə sayı toplayıb.
"Tiktok gəncləri bir yerə toplayan platformadır. Burada mövcud olan müxtəlif effektlər, səslər, keçidlər təlim videolarını daha maraqlı edərək insanları bir yerə toplayır", - deyə o qeyd edib.