Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Səbail''də makedoniyalı qapıçı - baş məşqçi açıqladı

''Səbail''də makedoniyalı qapıçı - baş məşqçi açıqladı

Tarix: 14 Iyun 2019 14:00

"Səbail" heyətinə yeni qapıçı qatıb.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, makedoniyalı qolkiper Daniel Bojinovski ilə artıq şifahi razılıq əldə olunub:

"Daniel bu gün Bakıya gələcək və 1 illik müqaviləyə imza atacaq. Bilirsiniz ki, Rıbka zədəlidir və ən yaxşı halda 4 aydan sonra meydana qayıda bilər. Belədə cəmi 2 qapıçımız qalır. Ona görə də üçüncüyə ehtiyac var idi. Bojinovski büdcəmizə uyğun olduğu üçün komandaya dəvət etdik".

Qeyd edək ki, Bojinskinin son klubu "Rabotniçki" olub.

 


Etiketlər:  Səbaildə makedoniyalı qapıçı baş məşqçi açıqladı


RƏYLƏR