Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 7 nəfər saxlanıldı (FOTO)

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 7 nəfər saxlanıldı (FOTO)

Tarix: 24 Iyun 2020 11:24

Bakı. Samir Əli - Trend:

Paytaxtın Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb. Trend-in məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü PB əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə iyunun 23-də saat 18:30 radələrində Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsində fəaliyyət göstərən “Azəri” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi H.Məhərrəmov 1500 manat, digərləri 200 manat cərimə olunublar.

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 7 nəfər saxlanıldı (FOTO) - Gallery Image Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 7 nəfər saxlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı nəfər saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ